Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

25 İyul

2017
15:30
532
Zolağın dəyişdirilməsi faciəyə gətirir - EKSPERT

Yolda irəlilədiyiniz zolaqda maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə məcburi deyil.

Faktxeber.com Avtosfer.az-a istinadən xəbər verir ki, bu fikirlərlə “Digesta” hüquq firmasının vəkili, ekspert Ərşad Hüseynov çıxış edib. Avtomobil yollarında baş verən qəzaların əsas səbəbi barədə danışan ekspert qeyd edib ki, hərəkət zamanı yolda sürücünün zolaq dəyişməsi özünün də günahkar olacağı faciəyə səbəb ola bilər: “Cinayət xarakterli yol-nəqliyyat hadisəsinin (2 nəfər ağır xəsarət alıb) videosuna baxırdıq. Sürücülərimizin tipik elementar səhvi görünür. Sağda, yoldan kənarda dayanan avtomobil yola çıxır, qaydanı pozur və arxasından gələni buraxmır. Arxadan gələn isə rahat əyləclənmə ilə həmin mədəniyyətsizi buraxa bilərdi. Amma buraxmır və əksər sürüclərimiz kimi əyləci unudaraq sükanı fırladır. Nəticədə sol zolağa keçir, həmin zolaqda isə başqa biri bundan da sürətlə gəlir və arxadan çırpılır.

Beləcə sürücü xırda bir səhv ucbatından təqsirkara çevrilir. Hansı ki, hətta əyləci basmayıb getdiyi zolaqda qalsaydı, uzağı xırda bir hadisədə zərərçəkən ola bilərdi”.

Ekspertin sözlərinə görə, sürücülər belə hallarda daha diqqətli olsa, təqsirkar duruma düşməz: “Sürücü dostlar, heç vaxt belə etməyin. Qaydalar belə halda sürücüdən bircə şeyi imperativ tələb edir: maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə həm məcburi deyil, həm də belə diqqətsizliklə edildikdə faciəyə gətirir”.

Məqalədə : Yol zolağı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru