Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 İyul

2017
15:05
719
Wi-Fi insan emosiyalarını `oxuyacaq`

Massaçusets texnologiya institutunun (MIT) alimləri Wi-Fi və süni intellektin köməyilə insanın keçirdiyi hissləri "oxumağa" imkan verən alqoritm yaradıb. EQ Radio Sistem elektrokardioqram cihazı kimi çalışır: radiotezlikli şualandırıcı ürək əzələlərinin yığılmasını ayırd edir, süni intellekt isə alınan məlumatı açıqlayır. 

FaktXeber.com-un Vesti.Ru-ya istinadən verdiyi məlumata görə, bir tərəfdən, EKQ-aparatından (elektrokardioqrafdan) fərqli olaraq, yeni sistemdə insan bədəninə elektrodların qoşulmasına ehtiyac yoxdur: onun emosional vəziyyəti naqilsiz də müəyyən edilə bilər. Digər tərəfdən, alqoritmlər ürək döyünmə ritmini elektrokardioqraf qədər dəqiq tuta bilmir. Onlar otağın həcmi və insanın qərar tutduğu yer kimi məsələləri nəzərə almalı olur.

EQ Radio, Google Home yaxud Apple-in HomePod-u kimi "ağıllı" səs gücləndiricilərdə istifadə oluna bilər. "Emosiyalar detektoru" insanın stress keçirdiyini hiss edib həzin musiqini qoşa bilər. 

Bundan əlavə, sistem yaşlılarda ürəktutma ehtimalını zamanında müəyyən etməyə, eləcə də yatan körpələrin nəbzini nəzarətdə saxlamağa yardımçı ola bilər. 

Xatırladaq ki, bu il MİT nəzdindəki Kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) mühəndisləri "ağıllı" saat üçün, insanın söhbət zamanı hansı hisslər keçirdiyini müəyyən edən proqram hazırlayıblar. Sistem insanın danışığını və tələffüz tonunu təhlil edir, kompüter alqoritmi isə onun reaksiyasını "oxuyur".

Məqalədə : Wi-Fi emosiyalar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru