Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2017
12:41
Rusiyada təyyarədə telefon aparmaq pullu ola bilər

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Nəqliyyat Nazirliyi aviasiya qaydalarına yenilik edərək sərnişinlərin yalnız 5 kiloqramlıq əl yükü ilə təyyarəyə minmələrinə icazə vermək niyyətindədir. Bununla bərabər üst geyimləri, çətir, mobil telefon, noutbuk, fotoaparat və videokamera əlavə ödəniş olmadan təyyarəyə minərkən göstərilən əşyaların siyahısından çıxarılıb.

Dəyişikliklər layihəsi federal aviasiya qaydalarının (regulation.gov.ru) saytında yerləşdirilib. Ehtimal olunur ki, pulsuz baqaj daşınmasının ləğvi barədə qanun Federasiya Şurası tərəfindən təsdiq olunduqdan və prezidentin bu layihəni imzalamasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, pulsuz baqaj daşınmasının ləğvi gediş-gəliş bileti olmayan sərnişinlərə şamil olunacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 20:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com