Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 İyul

2017
10:52
677
Başını telefondan ayıra bilməyənlərin nəzərinə - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, texnologiyanın həyatımıza gətirdiyi bir çox xəstəlik və psixoloji problemlərə bir yenisi daha əlavə olunub: Nomofobiya!

Nomofobiya nədir?

İngilis dilindəki “no mobile phobia”dan yaranan “nomofobiya” yəni mobil telefondan məhrum qalma qorxusu, xüsusilə sosial şəbəkələrdə daima vaxt keçirtmək istəyən gənclərə təsir edir.

Fransada aparılan araşdırmada fransızların 22%-nin mobil telefon olmadan bir gün keçirməyi “imkansız” olduğunu ifadə edib. Bu nəticənin 15-19 yaş arasındakı gənclərdə 34%-ə çatması diqqət çəkir.

Son 10 ildir keçirilən “Dünya mobil telefonsuz günü”nün meneceri Phil Marso qeyd edib ki, ağıllı telefonlardan asılı insanları başa düşmək olar çünkü hər şeyləri, bütün həyatları onun içərisində. Təsadüfən mobil telefonları xarab olar və ya itirərlərsə özlərini dünyadan tamamilə qopmuş kimi hiss edərlər.

İnsanların həyatlarında imtina edilməz bir parça olaraq gördükləri bu cihazdan bir saniyə belə ayrıla bilməyən şəxslər, ünsiyyət çatışmazlıı yaşayırlar. Lift, təyyarə, yüksəklik, ilan, siçan, təklik, qaranlıq kimi qorxuların yanına artıq nomofobiya qorxusu əlavə olunub. 

Bütün gün ərzində telefondan ayrıla bilməmək təkcə nomofobiya kimi xəstəliklərə səbəb olmur.  Gündəlik telefondan başını ayıra bilməyənlər də var. Sizə təqdim edəcəyimiz videoda insanların telefona qapılaraq üzləşdikləri qəzaları izləyəcəksiniz.

Məqalədə : mobil telefon 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru