Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2017
10:15
Yol polisi reyd keçirib – FOTO

Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib.

Reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri avtomobillərini fərqli formaya salan, bundan başqa, görməni məhdudlaşdıran kustar üsulla hazırlanan pərdədən istifadə edən, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.

Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərimələrini ödəməyən sürücülər də aşkarlanıb.

Reyddə qanunu pozan sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında mübahisələr də yaranıb. Hətta bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişərək şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar. Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində 3 saata yaxın davam edən yoxlamalar zamanı 30-a yaxın sürücüyə inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib.

Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər.

Mingəçevir Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Məqalədə : Yol polisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 09:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com