Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2017
15:58
1726
“Arazın dayaz günü” adlı filminin təqdimat mərasimi keçirilib - FOTO-VİDEO

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunmuş “Arazın dayaz günü” adlı filminin təqdimat mərasimi keçirilib. 

FaktXəbər-in məlumatına görə, 70 dəqiqəlik film İranda ilk təşəbbüsdür. Filmə İranda ictimai baxış olub və rəğbətlə qarşılanıb. Filmin İran televiziyalarında da nümayişi nəzərdə tutulub.

QAT sədri Akif Nağı, filmin rejissoru Möhsün Hadi çıxış edərək film haqqında məlumat verib, Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar. 

Film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titirlərlə təmin olunub.

Fİlmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı və digər faciələr konkret faktlarla əks etdirilib.

Tədbirdə  film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbirdə iştirak edən Qarabağ döyüşçüləri, qanlı hadisələrin şahidləri, ictimaiyyət nümayəndələri film haqqında fikirlərini bildirib, müəllifə təşəkkürlərini çatdırıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com