Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

22 İyul

2017
10:16
513
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

İyulun 21-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Soçi şəhərində görüş olub.

AzərTacın xəbərinə görə, V.Putin sözünü yeni "Sirius" təhsil mərkəzinin uşaqları ilə görüşü, bu layihə barədə İ.Əliyevə danışacağı ilə başlayıb.

"Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil", V.Putin sözünə davam edib.

RF prezidenti görüşün bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacağına ümid etdiyini bildirib.

V.Putin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacaqlarını vurğulayıb: "Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var, sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam" V.Putin belə deyib.

"Mən də bizim yeni görüşümüzə çox şadam. Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir". Xəbərə görə, Prezidenti İlham Əliyev bunu cavab nitiqndə bildirib.

Rusiya ilə münasibətlərin yüksək səviyyəsindən məmnunluq bildirən İ.Əliyev siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq, nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər olduğunu söyləyib.

İ.Əliyev bu münasibətlərin çoxşaxəli olduğunu, həyatın bütün sahələrini əhatə etdiyini nəzərə çatdırıb. Bununla yanaşı regional, dünya siyasəti, ikitərəfli münasibətlər və regiondaikitərəfli təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac olduğu vurğulanıb: "Əminəm ki, bu görüşümüz də dostluq münasibətlərimizin inkişafına yaxşı impuls verəcək."

Xəbərdə deyilir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər.

İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri iyulun 22-də başa çatıb.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Rusiayaya işgüzar səfərə iyulun 21-də gedib.

Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru