Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2017
20:53
İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 0,91% artaraq 47,55 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,91% artaraq 50,15 dollar olub.

 

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti iyunun 7-dən etibarən psixoloji hədd olan 50 dolları ötüb.

Neftin bahalaşdıran amilə gəlincə, ABŞ-da ehtiyatların azalması "qara qızıl"ın qiymətinə dəstək verib. ABŞ-ın Enerji İnformasiyası üzrə İdarəsinin açıqlamasına əsasən, iyulun 14-də başa çatan həftə ərzində ölkədə xam neft ehtiyatlarının həcmi 4,7 mln. barel azalıb. Analitiklər isə həftə ərzində ehtiyatların 3,2 mln. barel azalacağını proqnozlaşdırıb.

Buna baxmayaraq, ekspertlər hesab edir ki, Brent markalı neftin qiyməti 50 dollardan aşağı enəcək. Buna səbəb kimi ABŞ, Liviya və Nigeriyada hasilatın artması göstərilir. Qeyd edək ki, bu ölkələr hasilatın azaldılması ilə OPEC və kartelə daxil olmayan ölkələrin razılaşmasına qoşulmayıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 15:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com