Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2017
16:46
Hizbullah və İsrail Ordusu arasında psixoloji müharibə

2006-cı ildə müharibə başlayandan bəri  Livan sərhəddi ən sakit dönəmini yaşayır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Valla News-un hərbi analitiki,israilli ekspert Amir Boxbot bəyan edib.

İsrail HHQ-nin pilotsuz təyyarələri Livanın  hava məkanında hər gün uçuş həyata keçirərkən, Hizbullah öz nüfuzunu genişləndirir. Ordu və Təhlükəsizlik  Xidmətindəki mənbələrə istinadla analitik bildirib ki, Hizbullah  sərhədlərdə yüksək hazırlığı ilə xarakterizə edilir. Məsul şəxslər hesab edir ki, istənilən səhv müharibə ilə nəticələnə bilər.

Boxbot  mənbələrin bəyanatına istinadla bildirib ki, Hizbullah yerin üstündə və altında müharibəni aparmaq üçün mükəmməl sistemlərə malikdir: «Hizbullah dünyanın ən  müasir  zenit raketinə sahibdir».

Analitik 2015-ci ilin 18 yanvar  hadisələrinə istinadla yazır: «Hizbullah Qüvvələri Şebaa fermaları rayonunda Givati  briqadalarının  konvoyunu izləməklə və 5 km meşə ərazisindən Cornite zirehdələn raketlərini buraxaraq İsrail patrullarını vurma əməliyyatında öz yüksək peşəkarlıqlarını bir daha nümayiş etmişdi».

Əmir Boxbot əlavə edib: «İsrail üçün ən pis ssenari daxili cəbhə ilə 1000 raketin buraxılmasıdır. Təhlükəsizlik Xidmətinin hesablamasına görə, Hizböulla  Silahlı qüvvələri üçün «yaşıl işıq» yanarsa, kütləvi zərbələrə nəinki cəbhə xətti məruz qalacaq, həmçinin dəqiq raketlər  İsrail sərhədləri daxilində də hədəfləri vura bilər».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14142

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12812

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14205

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13804

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19169

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13678

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13777
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru