Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 İyul

2017
14:42
1072
Azərbaycan İslam Partiyası növbəti baş məclisini keçirib

Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin növbəti toplantısı keçirilib.

FaktXəbər-in məlumatına görə, partiyanın qərargahında keçirilən toplantıda ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər müzakirə edilib.

Tədbir Qurani-Kərimin oxunuşu və Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başlayıb. Partiyanın Baş Məclisində AİP-in sədr əvəzi Hacı İlham Əliyev, sədr müavinləri Emil Rahiloğlu və Akif Heydərli, o cümlədən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova və digər komitə sədrləri çıxış ediblər.

Partiyanın Baş Məclisində ilk öncə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev İmam Cəfər Sadiqin (ə) bütün insanların elmini 4 məsələdə tapdığını xatırladıb: “İlk elm budur ki, insan öz rəbbini, Allahını başa düşüb və dərk etsin, ona mərifət tapsın. İkincisi, insan ona nazil olunan bütün nemətlərin içində özünü tapmalıdır. Üçüncü elm budur ki, insan başa düşməlidir ki, Allah ondan nə istəyir. Dördüncüsü isə insan təhlükələri tanımalı, onu dindən, Allahdan uzaqlaşdıran təhlükələri tanımalıdır. Bütün elmlər bu dörd amildə cəmləşib. Həqiqətən insanın bu dünya və axirətdəki səadəti, xoşbəxtçiliyi bu dörd amildə cəm olub. İnsan bu cümlələrin üzərində diqqət etsə bu onun axirət səadətinə nəsib olar.” 

AİP-in sədr əvəzi daha sonra partiyanın lideri Hacı Mövsüm Səmədov barəsində çıxan 3 illik həbs cəzasına da toxunub: “Heç bir tutarlı dəlil və səbəb olmadan, “papağı niyə başından çıxarmırsan, ədyalı niyə yerə atıb namaz qılırsan və niyə insanlarla danışırsan”, - deyib Mövsüm Səmədova qarşı təzyiq göstərmək dözülməzdir və biz bunu şiddətlə qınayırıq. M.Səmədov barəsində qapalı təcridxanaya göndərilməsi ilə bağlı 3 illik həbs cəzası da əvvəlcədən hazırlanmış ssenari idi”.

O, AİP-in həbsxanada dünyasını dəyişən sədr müavini Vaqif Abdullayevin dünyasını dəyişməsinin 5 illiyi bağlı keçirilən məclisdən də danışıb və onun apardığı müqəddəs mübarizəyə toxunub: “Bu günlərdə Hacı Vaqifin anım mərasimi qeyd olundu. O, təkcə bizim deyil, Azərbaycanın hər yerdə başını ucalda biləcək şəxs idi. Biz çalışdıq ki, onun adını, yolunu, xatirəsini yaşadaq və bu yolu davam etdirənlərə dəstək olaq”.

AİP-in sədr müavini Akif Heydərli isə ölkədəki siyasi-ictimai vəziyyətə toxunub və partiyanın lideri Mövsüm Səmədovla görüşündən təsüratlarını bölüşüb: “Ötən gün məhkəmədə Mövsüm Səmədovla bir neçə dəqiqələlik görüşmək, onun tövsiyyələri və fikirlərini dinləmək nəsib oldu. Bu fikirlər məndə belə bir təəssürat qoydu ki, hacı ilə həbsxanada da İslam Partiyası barədə söhbətlər aparılır.” 

AİP-in sədr müavini daha sonra ölkədə “Ai-92” markalı benzinin qiymətinin artmasına etirazını bildirib: “Benzinin qiymətinin artmasını Gürcüstan, Ermənistan və qeyri-neft ölkələri ilə müqayisə edirlər. Araşdırmalar göstərir ki, neft ölkələrində bu rəqəm tam fərqlidir. Azərbaycanda 0,53 dollar olduğu təqdirdə, Venesueala 0,01, Türkmənistan 0,27, Özbəkistan 0,44 dollar təşkil edir. Bu gülünc bir müqayisə və yanaşmadır. Azərbaycanda həmçinin  “Ai-92” markalı benzinin gətirilməsi ilə bağlı gömrük rüsumunun ləğv edilməsi bir sıra qrupun maraqlarına xidmət edir”.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da çıxışı zamanı Mövsüm Səmədovun həbsinə toxunub: “Hacı Mövsüm bizim zəmanəmizin imamıdır. Onun vəkilləri də hakim qarşısında çıxış edərkən M.Səmədova qarşı ittihamları rədd etmişdi. Vəkillər proseslərdə demişdi ki, biz Səmədovdan əxlaq tərzi, həyat gedişatı öyrənmişik. Onun hansısa qayda pozuntsuna yol verməsi qəbuledilməzdir”.

Məqalədə : AİP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 15:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru