Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

20 İyul

2017
12:04
485
Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Bu gün, Şəvval ayının 25-i, müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.

İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.

Bəzən İslamı parçalamaq, müsəlmanlar arasında nifaq salmaq istəyən qüvvələr, həmçinin İslamdan, onun tarixindən bixəbərlər İmam Cəfər Sadiq (ə) və İmam Hüseyni (ə) fərqli qütblərdə dayanan, fərqli ideyaların daşıyıcıları kimi təqdim edirlər. İmam Cəfər Sadiqi (ə) elm və mədəniyyət carçısı, sülh və əminamanlıq tərəfdarı kimi qələmə verir, İmam Hüseyni (ə) isə cihad və mübarizə, sücaət və mərdlik rəmzi kimi təqdim edirlər. Amma müsəlmanların hər 12 imamı Əhli-beytə (ə) mənsub olaraq, onun ayrılmaz və eyni əhəmiyyətli şaxələridir. Həmən o Əhli-beyt (ə) ki, Allah Quranda buyurduğu kimi, bütün çirkinliklərdən uzaqdır. Heç şübhəsiz ki, Kərbəla imtahanı qarşısına çıxsaydı, İmam Cəfər Sadiq (ə) eyni yolu gedərdi. Eləcə də İmam Hüseyn (ə) Haşim ibn Əbdülməlik və ya Yəzid ibn Vəlidin zamanında yaşasaydı, əsas diqqətini müsəlmanların maariflənməsinə yönəldərdi. Bir sözlə, İmam Cəfər Sadiq (ə) nə qədər hüseynçidirsə, imam Hüseyn (ə) də bir o qədər cəfəridir.

İmam Cəfər Sadiq (ə) hicri 148-ci ildə Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.

Məqalədə : İmam Cəfər Sadiq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru