Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2017
20:36
Azərbaycanda yeni telekanalın açılması təklif olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclası keçirilib.

 

Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində “Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.

 

İclasda tarixçi-alim Vasif Qafarov ermənilərin törətdiyi soyqırımlar zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəm müəyyənləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Tarix İnstitutunun Elmi Şurasına təqdim edib.

 

Sonra iclasda “Azərbaycan mədəniyyət tarixi: inkişafın əsas mərhələləri” adlı toplunun nəşrə hazırlanması istiqamətində müzakirələr aparılıb və bu iş Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri Tamilla Musayevaya həvalə olunub.

 

Eyni zamanda, AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və AMEA prezidenti Akif Əlizadənin “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar təkliflər səsləndirilib.

Məqalədə : AMEA telekanal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
240

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
326

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
378

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
331

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
386

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
427

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
392

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
484

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
412

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
412

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
451

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
429
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 09:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru