Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 İyul

2017
17:13
1029
Beynəlxalq Bankın yeni idarəetmə planı qəbul edilib

Azərbaycan Beynəlxalq Bankı öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.

Beynəlxalq Bankdan verilən məlumata görə, restrukturizasiya olunan öhdəliklərin 94.1%-nə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib. 

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı və Nəsimi rayon Məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.

Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.

Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.

Azərbaycanın maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bildirib: “Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı əlavə edib: 

“Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu Azərbaycanın bank-maliyyə sektorunun inkişafı üçün çox mühim addımdır. Palata əmindir ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək”.

Məqalədə : Beynəlxalq Bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru