Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2017
11:35
Ermənilərin açdığı atəş nəticəsində yaralanan Alxanlı sakininin vəziyyəti kafidir

İyulun 4-də Ermənistan silahlı bölmələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan kənd sakini Səlminaz Quliyevanın vəziyyəti kafidir.

FaktXəbər-in məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov AZƏRTAC-a bildirib ki, Səlminaz Quliyeva döş qəfəsinin və sol süd vəzisinin çoxsaylı qəlpə yarası diaqnozu ilə ərazidəki hərbi hospitala gətirilib və lazımi tibbi yardım göstərilib. Hospitalda süd vəzisinin əməliyyatı aparılıb və qəlpə çıxarılıb. Vəziyyəti nəzərə alaraq, iyulun 7-dən Horadiz şəhər xəstəxanasına köçürülən S.Quliyevanın müalicəsi davam etdirilir. Hazırda xəstənin vəziyyəti kafidir.

Yaralı Səlminaz Quliyeva AZƏRTAC-ın müxbirinə bildirib ki, vəziyyəti getdikcə yaxşılaşır. O, onunla maraqlandığına, diqqət göstərdiyinə görə hər kəsə, o cümlədən həkimlərə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Alxanlı kəndinin sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Alxanlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com