Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2017
16:01
Ramil Usuobovun əmri ilə general oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı

Daxili işlər naziri, general-polkovnik Ramil Usuobovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib. O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zaur Cəfərov əvvəllər Səbail rayon DYP-nin rəisi olub. Bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdi.

Yasir Qurbanovun adı isə son günlərin gündəmi sayılan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun işində hallanır. Avtosfer.az hələ bir neçə ay öncə məlumat vermişdi ki, Bakıda generallardan birinin oğlu avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququndan məhrum edilib. O vaxt həmin generalın kimliyi barədə geniş məlumat almaq mümkün olmasa da, dünən ortaya çıxan rəsmi faktlar göstərdi ki, həmin general oğlu Rüstəm Orucov imiş.

Dəfələrlə avtoxuliqanlıq etdiyi üçün saxlanılan Rüstəm Orucov atasının dəstəyi ilə məsuliyyətdən kənarda qala bilirmiş. Lakin sonuncu dəfə onun işi mayor Yasir Qurbanovun əlinə düşüb. İşində qətiyyət göstərən Yasir Qurbanov general Novruzəli Orucovun basqılarına baxmayaraq, öz işini qanun çərçivəsində görüb və məhkəməyə tutarlı faktlar təqdim edib. General Novruzəli Orucov məhkəməyə də təsir etməyə çalışsa da, hakim yol polisinin təqdim etdiyi sübutları əsas götürərək general oğlu Rüstəm Orucovun sürücülük hüququnu 2 il müddətinə məhdudlaşdırıb.

Əslində, həmin vaxt generalın oğlu inzibati qaydada həbs də oluna bilərdi. Lakin atası buna imkan verməyib. Yol polisinin inadkarlığını görən general Novruzəli Orucov oğlunun sürücülük hüququnun bərpa edilməsi üçün yuxarı instansiyalara şikayət etsə də, istəyinə nail ola bilməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun Rüstəm Orucovla bağlı yaydığı rəsmi açıqlamada da onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi təsdiq olunur.

General Novruzəli Orucov isə prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunandan sonra verdiyi açıqlamada övladını ərköyün böyütdüyünü və bununla da səhvə yol verdiyini etiraf edib.

Bəlkə də, bir neçə ay öncə general Orucov yol polisinə qarşı dirəniş göstərib övladını müdafiə etməsəydi, qanun qarşısında cavab verməsinə imkan versəydi, bu gün nə özü işdən azad olunardı, nə də oğlu həbs edilərdi...

Məqalədə : Ramil Usuobov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48278

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46327

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47956

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47566

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53149

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47194

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 11:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru