Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

13 İyul

2017
15:11
283
Amnesty International: Bəhreydə həbs olunan qadın aktivistə təcavüz olunacağından narahatıq

Bəhreynli fəal Ebtisam əl-Sayehi 25 zabit evindən aparıb. Həbsindən əvvəl aktivist Tvitterdə təhlükəsizlik xilməti əməkdaşlarının qəddar rəftarı ilə bağlı Tvitterdə status paylaşmışdı.

FaktXeber.com-un verdiyi məlumata görə, Amnesty International xəbərdarlıq edib ki, Bəhreyndə insan haqları müdafiəçisi gecə yarısı həbs olunandan sonra işkəncə, o cümlədə cinsi təcavüz risqi ilə üz-üzədir.

Ebitsam əl-Sayeh gecə yarısı saat 23.45-də həbs olunub: mülki geyimdə və üzlərində maska olan zabitlər onun evinə soxulublar. Onların üzərində kamera olmayıb. Bəhreyn Cinayət Axtarış İdarəsinin nümayəndəsi kimi özlərini tanıdan 25-ə yaxın zabit onun evinə 5 mülki maşında və mini-avtobusda gəliblər. 

3 silahlı evin kənarında gözxləyib, 2-si qadın olmaqla 7 zabit evə daxil olublar. Əl-Sayehə həbsi üçün heç bir order təqdim edilməyib. Nə üçün həbs olunduğunu soruşduqda isə aktivistə bildiriblər ki, idarəyə çatanda biləcək. 

Amnesty Internationa Əl-Sayehin Manamanın kənarında İssa şəhərində qadınlar üçün təcridxanada göründüyü, sonra isə başqa yerə

köçürüldüyü barədə məlumat əldə edib.

Qeyd edək ki, həbsindən bir gün əvvəl Əl –Sayeh sosial şəbəkədə Bəhreyn Mildli Təhlükəsizlik Agentliyinin qadınlarla əqddar rəftarı barədə status paylaşmışdı və bildirmişdi ki, bütün bu qanun pozuntularında təqsir Bəhreyn kralı Hədəm bin İsa əl-Xəlifədədir.

Yayılan məlumatlara görə, may ayında Əl-Sayeh Milli Təhlükəsizlik Agentliyi tərəfindən 7 saatlıq sorğuya aparılıb. Burda o, zorlanıb, döyülüb, qarnına vurulub və sorğu müddətində ayaqüstə qalmağa məcbur edilib.

Amnesty Internationalın Yaxın Şərq üzrə direktoru Samah Hadid Ebtisam üçün dərin narahatlıq hissi keçirdiyini bildirib: «Bəhreyn hökuməti dərhal və qeyd-şərtsiz Ebtisam əl-Sayehi azad etməlidir, hansı ki, yeganə cinayəti başqa cür düşünən insanları məhv etməyi hədəfləyən hökumətə qarşı çıxış etmək olub. May ayında həbs olunarkən Ebtisam əl-Sayeh Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən döyülüb və cinsi təcavüzə məruz qalıb. Bəhreyn hökuməti bu işi araşdıra bilmədi və biz qorxuruq ki, həbsdə olduğu müddətdə o yenə işkəncələrə məruz qalar».

Məqalədə : Bəhreyn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru