Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 İyul

2017
10:16
925
Piylənmənin əsas səbəblərindən biri… EVDƏ YIĞILAN TOZ imiş

Alimlər bəyan ediblər ki, evdə yığılan toz piylənmə yaradır. FaktXeber.com-un verdiyi məlumata görə ABŞ-ın Dyuka Universitetdə aparılan araşdırmalardan sonra bu qənaətə gəlinib.  Araşdırmaların nəticələri Environmental Science & Technology jurnalında dərc olunub.

Onların sözlərinə görə tozlar orqanizmə mənfi təsirindən əlavə, orqanizmdə piylərin toplanmasına da gətirir.

Onlarla molekul yağ hüceyrəsinə, həzm sisteminə və insan beynində iştah mərkəzinə təsir edərək, daim yemək meyli yaradır".

 «Eksperimentin nəticələri, xüsusən də uşaqların  səhhəti ilə bağlı çox qorxulu mənzərəni təsvir edir. Gələcəkdə tozda olan bu məddələrin piy hüceyrəsinə necə təsir etdiyini və hüceyrələrin hansı reseptoruna təsir etdiyini diqqətlə öyrənməliyik», - deyə Kristofer Kassotis və onun həmkarları bildirirlər.

Alimlər bildiriblər ki, minlərlə  müxtəlif sintetik və təbii molekul var ki, insanın endokren  sistemini pozur. Beləliklə, ev tozunda tapılan görünməyən hüceyrələr insanın orqanizminə daxil olurlar. Onlarla molekul yağ hüceyrəsinə, həzm sisteminə və insan beynində iştah mərkəzinə təsir edərək, daim yemək meyli yaradır.

Bu səbəbdən mütəxəssislər  iddia edirlər ki, fiziki aktivliyin olmamasını və yağlı qida ilə yanaşı evlərdə yığılan tozu da  artıq çəkini əsas mənbələrindən hesab etmək olar.

Məqalədə : piylənmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru