Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
11:45
301
Bir acı qəhvənin ömrü uzadacaq qədər hörməti var

Qəhvə haqqında aparılan yeni araşdırma, mütəmadi olaraq qəhvə istehlak etməyin sağlamlığa faydalı ola biləcəyi istiqamətində nəticələr ortaya qoyub.

FaktXəbər-in məlumatına görə, beynəlxalq araşdırma qrupunun 10 Avropa ölkəsində yarım milyondan çox adamın ölüm səbəblərini nəzərdən keçirdiyi araşdırmanın nəticələri "Annals of Internal Medicine" adlı tibb jurnalında dərc olunub.

Araşdırmanın aparıldığı 16 ilin sonunda əldə edilən nəticələrə görə, qəhvə istehlakı gündəlik 580 millilitrdən çox olan kişilərin dünyasını dəyişmə ehtimalı qəhvə içməyənlərə nisbətən 12 faiz daha aşağıdır. Qadınlarda isə bu nisbət 7 faiz olaraq müəyyən edilib. Qəhvənin təsirlərini obyektiv şəkildə müəyyən etmək üçün qidalanma, siqaret vərdişi kimi amillər tədqiqata daxil edilməyib.

Tədqiqatçılar digərlərinə nisbətən daha çox qəhvə içən insanların ölüm riskinin başqa xəstəliklərdən daha aşağı olduğunu müəyyən edib. Bu təsirə xüsusilə ürək-damar və həzm narahatlıqları nümunə göstərilib.

Araşdırma qrupunun rəhbəri Mark Gunter qəhvə aludəçilərinə təmkinli mesajlar verir. Gunter, "uzunmüddətli müşahidələrə əsaslanan araşdırmaların məhdud olması səbəbindən qəhvə içilməsi, yaxud da içilməməsi istiqamətində məsləhət verə bilmirik", - deyib. Ancaq Gunter, gündə 3 fincan civarındakı qəhvə istehlakının sağlamlığa zərərli olmadığını, əksinə, müsbət təsirləri ola biləcəyi istiqamətində nəticələrə nail olduqlarını qeyd edib.

Qəhvənin dünyada ən çox üstünlük verilən içkilərdən biri olduğuna diqqət çəkən tədqiqatçılar, dünya üzrə gündə 2,25 milyard fincan qəhvə içildiyini vurğulayıb.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi də (IARC) ötən il qəhvənin xərçəng riskini qaldırdığına dair əllərində bir faktın olmadığını açıqlamışdı.

Ancaq bəzi qidalanma tədqiqatçıları Avropada istehlakçıların rifah səviyyələrinin sağlamlıqları üzərində qəhvədən daha çox təsirli olduğunu və buna görə də qəhvə istehlakı ilə uzun həyat arasındakı birbaşa əlaqənin reallığı o qədər də əks etdirmədiyi şəklində tənqidlər səsləndiriblər.

Məqalədə : qəhvə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru