`Hacı Cavad` məscidinin söküntüsündə fəallıq göstərən məmur iş yerində qəfildən keçinib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2017
11:06
3812
`Hacı Cavad` məscidinin söküntüsündə fəallıq göstərən məmur iş yerində qəfildən keçinib

İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün moderator.az-a verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən sonra bu prosesdə fəal iştirak etmiş 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov dünyasını dəyişib.

Məsələ ilə əlaqədar FaktXəbər olaraq 43 saylı Mənzil İstismar İdarəsi ilə əlaqə saxladıq. İdarədən faktı təsdiqlədilər. Bildirdilər ki, Yusif Əhmədovun iş yerində, səhər saat 8 radələrində qəfildən halı pisləşib. Təcili Yardım xidməti gələnə kimi o dünyasını dəyişib. Həkimlər onun ürək tutmasından öldüyünü bildiriblər. 

İdarə rəisi Yasamal RİH keçmiş başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri olub.

Xatırladaq ki, Hacı Cavad məscidi ətrafında yaranan narazılıqdan sonra prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi və Mərbuat prospektinin kəsişməsində yeni məscidin tikilməsinə başlanılıb. Yeni məscid istifadəyə verildikdən sonra köhnəni söküləcəyi bildirilsə də, icra başçısı İbrahim Mehdiyevin göstərişi ilə gecə saatlarında məscid sökülüb. Bundan sonra prezidentin sərəncamı ilə İbrahim Mehdiyev Yasamal rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Məqalədə : Hacı Cavad məscidi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 22:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com