- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək: “Yol verilmiş pozuntu halları barədə Azərbaycan prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək”.
M. Abbaszadə pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini də söyləyib.
DİM-in Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar: “Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək”.
Konfransda DİM-in Litva Dövlət Katibliyi ilə birgə icra edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilib.
Yeqi gəlmişkən qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğuna qəbulla bağlı ilk hüquqi imtahan keçirilməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlanılacağını deyib. Onun sözlərinə görə, sınaqlar və təlim prosesləri sentyabrda, dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur. M. Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbulla bağlı bütün normativ-hüquqi sənədlər hazırdır. /apa
30-01-2019 14:43 52 nəfər dövlət qulluğuna qəbulda uğur qazanıb
23-01-2019 13:15 Dövlət qulluğu üzrə müsahibə davam edir: 11 nəfər vəzifəyə uyğun bilinib
03-01-2019 12:04 Dövlət qulluğunda inzibati vəzifələr üzrə imtahan keçiriləcək
20-12-2018 12:11 DİM: Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək
06-12-2018 11:01 Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
30-11-2018 10:16 Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!
- 20-02-2019 18:17 Magistr olmaq istəyənlərə şad xəbər
- 20-02-2019 11:11 Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub
- 20-02-2019 10:43 DİM gürcü dilini bilən mütəxəssis axtarır
- 19-02-2019 15:55 Orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
- 19-02-2019 10:59 Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub
- 15-02-2019 10:33 Təhsil nazirindən abituriyentlərə və tələbələrə şad xəbər - VİDEO
- 15-02-2019 10:06 DİM buraxılış imtahanı keçirəcək
- 14-02-2019 20:53 Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb
- 14-02-2019 14:25 Bakalavriat səviyyəsi üzrə 70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib
- 14-02-2019 10:12 Rezidenturaya qəbul elan edilib
- 13-02-2019 16:10 BDU məzunları üçün müsabiqə elan etdi
- 13-02-2019 14:53 Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI
- 13-02-2019 14:50 Məleykə Abbaszadə repetitorları ittiham etdi
- 13-02-2019 10:04 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- 12-02-2019 11:42 Dillər Universiteti açıqlama yayıb
- 12-02-2019 10:11 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
- 12-02-2019 09:59 Müəllim-şagird nisbətinə dair metodologiya təsdiq edilib
- 12-02-2019 09:18 Bakalavriat üzrə ixtisasların təsnifatı təsdiqlənib - SİYAHI
- 11-02-2019 16:50 Elm dünyasına möhür vuran qadınlar
- 11-02-2019 15:46 Yuxuda xarici dil öyrənməyin üsulu tapılıb
- 11-02-2019 10:29 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
- 11-02-2019 08:59 Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi
- 09-02-2019 11:19 Məktəbdə biabırçı olay: direktorla valideyn saçyolduya çıxdı - VİDEO
- 08-02-2019 16:52 Qazaxda müəllim məktəbdə ölüb
- 08-02-2019 15:54 Ali məktəblərə qəbulun I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək