Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2017
20:16
Hamburqdakı toqquşmalarda 476 polis yaralanıb, 411 nəfər saxlanılıb - FOTO

Almaniyada G20 Liderlər Sammitinin keçirildiyi Hamburq şəhərində toqquşmalar qismən nəzarət altına alınıb.

FaktXəbər-in məlumatına görə, Hamburq Əyalətinin rəhbəri Olaf Skolz, Hamburq daxili işlər senatoru Harri Grote, Hamburq polis rəisi Ralf Martin Meyer və G20-nin təhlükəsizliyindən məsul polis rəisi Hartmut Dudde təşkil etdikləri mətbuat konfransında G20-nin nəticəsini ictimaiyyətə açıqlayıb.

Polis rəisi Dudde 22 iyun-9 iyul tarixləri arasında baş verən hadisələrdə 476 polisin yaralandığını, 411 nəfərin nəzarətə alındığını, 37 nəfərin də həbs olunduğunu bildirib.

Dudde daha əvvəl Hamburqda belə bir vəziyyətin heç vaxt baş vermədiyini vurğulayıb.

Əyalət rəhbəri Skolz da baş verənlərə görə məyus olduğunu dilə gətirərək, fədakarca xidmət edən təhlükəsizlik qüvvələrinə təşəkkürünü bildirib. 

Skolz, "Hamburqdakı təhlükəsizliyi təmin etmə vəzifəsinin, şəhərin və bəlkə də Almaniyanın İkinci Dünya müharibəsindən bu yana ən böyük təhlükəsizliyi təmin etmək vəzifəsi olduğunu", - deyib.

Skolz hadisələrin özünü və bir çox insanı şoka saldığını bildirərək, "bu qəbuledilməzdir. Belə bir vəziyyətin bir daha Hamburqda baş verməsinə icazə veri bilmərik", söyləyib.

Hamburq polis rəisi Ralf Mayer isə G20 Liderlər Sammiti üçün 1,5 ildir hazırlıq gördüklərini və təhlükəsizliyi təmin etmək məqsədilə Almaniyadakı bütün texniki və digər imkanlardan istifadə etdiklərini deyib.

Meyer 20 mindən çox polisin Hamburqda vəzifə aldığını, ancaq yenə də arzuolunmaz hadisələrin baş verdiyini bildirib.

Məqalədə : Almaniya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3981

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 14:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru