Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 İyul

2017
10:52
542
AİP lideri Mövsüm Səmədovun Appelyasiya Məhkəməsinin vaxtı açıqlanıb

İyun ayının 14-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilməsi barəsində xəbər vermişdik.

12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesin sonunda hakim Rəşad Mustafayev, Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarmışdı. 

Doktor Səmədovun vəkili Yalçın İmanov çıxarılan hökmdən apellyasiya şikayəti verib. Appelyasiya şikayətinə İyul ayının 10-u, saat 11:30-da hakim Vüqar Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində baxılacaq.  

Məqalədə : Mövsüm Səmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru