Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

06 İyul

2017
17:00
466
Baş Polis İdarəsi: Cəmiyyətdə əsassız təşviş yaratmağa yönəlmiş xəbərlər yayılıb

Bakı Şəhər Baş Polis İdarəsi gecələr küçələrdə park edilmiş maşınlara və toydan çıxan qadınlara hücum olunması barədə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumatda bildirilir ki, son günlər bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gecələr küçələrdə park edilmiş maşınlara, toydan çıxan qadınlara hücum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız təşviş yaratmağa yönəlmiş xəbərlər yayılıb.

"Bildiririk ki, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soyğunçuluq hadisələridir. Bu istiqamətdə daxil olmuş şikayətlər əsasında, konkret hadisələrlə bağlı cinayət işləri qaldırılıb və əksəriyyəti isti izlərlə açılıb, şübhəli şəxslər məsuliyyətə cəlb olunub.

Hazırda əməliyyat-istintaq işləri davam etdirilir.

Bakı Şəhər baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumatların cəmiyyətdə əsassız çaşqınlıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yayımdan əvvəl bir neçə mənbədə yoxlanılmasının vacibliyini bir daha xatırladır", - deyə məlumatda bildirilir./apa

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru