Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 İyul

2017
10:57
543
Həmas Siyasi Bürosunun rəhbəri Haniyyə: Tramp Fələstin davasını ləğv etməyə çalışır

Fələstin İslami Müqavimət Hərəkatı Həmasın Siyasi Bürosunun sədri İsmayıl Haniyyə ABŞ prezidenti Donald Trampın Fələstin davasını yox etməyə çalışdığını bildirərək, İsrail ilə keçirilməsi planlaşdırılan "regional sülh və iqtisadi layihələr" barədə xəbərdarlıqlar edib.

FaktXəbər-in məlumatına görə, İsrail blokadası altında olan Qəzzada Həmasın növbəti prosesdə atacağı addımlarla bağlı mətbuat konfransı keçirən Haniyyə, "nə səbəblə olursa olsun, xalqımızın prinsiplərini və maraqlarını görməzliyə vuran layihələrin həyata keçirilməsinə yol verməyəcəyik", - deyib.

Çıxışının davamında Trampı tənqid edən Haniyyə, "Tramp hakimiyyətə gəlməsindən bu yana, İsrailin də təzyiqləri ilə Fələstin davasını ləğv etmək məqsədilə Ərəb və İslam dünyasındakı qüvvələri şantajlarla nəzarət altına almağa çalışır", - deyə bildirib.

Həmasın Trampın layihələrinə qarşı var gücü ilə mübarizə aparacağını vurğulayan Haniyyə belə deyib:

"Fələstin xalqının mənafeyinə zidd olan və paytaxtı Qüds olan müstəqil, suveren bir Fələstin dövlətinin qurulması ilə üst-üstə düşməyən heç bir səy və həll yolu uğurla nəticələnməyəcək. Biz, əvəzi nə olursa olsun, bu layihələrə qarşı güclü şəkildə dayanacağıq. ABŞ-ın müqəddəslərimizə qarşı yönələn əmrlərinə cavab verməyi isə Fələstinin rəsmi siyasətinin yaşadığı böhrandan daha təhlükəli görürük".

Məqalədə : Fələstin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru