Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2017
16:18
1212
Henry Jackson Society: Səudiyyə Ərəbistanı ilə Britnaiyadakı ekstremizm arasında əlaqə var

Britaniyanın Henry Jackson Society Mərkəzi  Səudiyyə Ərəbistanı ilə Böyük Britaniyadakı ekstremizm arasında açıq-aydın əlaqələrdən danışıb.

Təşkilatın  məlumatına görə,  terror təşkilatları və ərəb dövləti arasında  əlaqələr qruplaşmaların  nifrət  ideyalarını yaymaları üçün  alınan vəsaitlər konteksində  mövcuddur.

Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfirliyi  ittihamları rədd edir.

Qeyd edək ki, Böyük Britaniyada ekstremizmin xaricdən maliyyələşməsi barədə hesabat  baş nazir Tereza Meyə hələ ötən il təqdim olunub, lakin hökumət onu dərc etmək barədə hələ ki, qərara gələ bilmir.

Xatırladaq ki, Böyük Britaniya DİN-i ehtimal ki, heç bir zaman Böyük Britaniyada fəaliyyət göstərən terror qruplaşmalarına xaricdən dəstək və maliyyələşmə barədə istintaqın şok nəticələrini dərc etməyəcəyini açıqlamışdı.

2015-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Devid Kameronun əmri ilə hazırlanan hesabat ekstremistlərin gəlirlərinin mənbələrini ortaya çıxarmaq hədəfi götürübmüş. Sənəddə əsas diqqət Səudiyyə Ərəbistanına ayrılıbmış. 

DİN təsdiq edib ki, hesabat hələ hazır deyil və «çox incə» məzmunu ilə əlaqədar heç vaxt ictimaiyyət üçün dərc oluna bilməz.

«Növbəti hökumət hesabat barədə qəti qərarı iyunun 8-də ümumxalq seçkilərdən sonra verəcək», - deyə DİN-in nümayəndəsi bildirib.

Qeyd edək ki, Böyük Britaniyada terrorun maliyyələşməsi ilə bağlı istintaq ABŞ-ın Suriyanın daxilində ehtimal olunan terror mövqelərinə qarşı keçirdiyi hərbi kampaniyalara dəstək müqabilində liberal demokratlarla bağlanan sazişin bir hissəsi kimi həyata keçirilmişdi.

XİN Mətbuat xidməti Tom Breyk baş nazir Tereza Meydən (hansı ki, Kameronun dövründə DİN rəhbəri idi) xüsusən Mançesterdə son terror aktından sonra xahiş edib ki, istintaqın yekunlaşmasından əmin olsun. Qeyd edək ki, Mançesterdə terror aktı nəticəsində onlarla insan ölmüş və yaralanmışdı.

«Sizin rəhbərliyiniz dövründə DİN hesabatın əsas aparıcılarından biri idi. 18 ay keçməyinə baxmayaraq, Britaniyada dünyaya gələn vətəndaşlar tərəfindən həyata keçirilən iki dəhşətli terror aktından sonra bu hesabat əvvəlki kimi yarımçıq və dərc olunmamış qalıb», - deyə Breyk iddia edir.

«Sirr deyil ki, Səudiyyə Ərəbistanı, İslamın çox sərt interpretasiyası olan vəhhabiliyi dəstəkləyərək, Böyük Britaniyada yüzlərlə məscidin maliyyəsini həyata keçirir. Çox vaxt bu müəssisələrdə Britaniya ekstremizmi kök salır», - deyə o, əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səudiyyə Britaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com