Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2017
23:32
2220
Dini Komitə 6 aylıq hesabat verib

"Ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib."

FaktXəbər-in məlumatına görə, bunu iyulun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

O deyib ki, 2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Onun sözlərinə görə, hesabat dövründə respublikada dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin izlənilməsi, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb. Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

S.Salahlı diqqətə çatdırıb ki, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilib: "Ümumilikdə idxalla bağlı 2017-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib."

Məqalədə : Dini Komitə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
143

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
281

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
243

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
73

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
42

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
72

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
49
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 23:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru