Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2017
17:34
3442
İlahiyyatçı alim Elşən Mustafaoğlu: `Bizlər bir-birimizə ruhən bağlıyıq`

Hazırda həbsdə olan ilahiyyatçı alim Elşən Mustafaoğlu zindandan çağırış edib. Bu barədə onun oğlu Məhəmməd Mustafazadə sosial şəbəkədə paylaşım edib: 

"Əziz qardaşlarım, bacılarım- möhtərəm dostlar! Sizləri uca Allahın salamı ilə salamlayır, Ondan hər birinizə ən xoş arzularımı diləyirəm. Heç bir fiziki sədd bizləri bir-birimizdən uzaq sala bilməz.

Belə ki, bizlər bir-birimizə ruhən bağlıyıq. Ruh isə hər zaman azaddır. Heç bir fiziki divarlar onu məhbus edə bilməz. Cismi, bədəni həbs etmək olar. Ruh isə azaddır. Əslində məhbus cismi zindanda olan yox, ruhu şeytanın əsri olan şəxsdir.

Allah bizləri şeytanın əsiri olmaqdan, ona qulluq etməkdən, şeytan qulu olmaqdan qorusun. Əzizlərim, dualarınızda bizləri unutmayın. Allah Ona yönəlmiş bütün saf duaları qəbul eləsin. Sizləri ailələrinizdən, övladlarımızdan ayrı salmasın.

Ailələrimizin qədrini bilək. Ailələrimiz Allahın bizə bəxş etdiyi gözəl nemət və axirət azuqəsidir. Səadətə aparan ən yaxın yol ailə ocağımızdan keçir. Hər birinizə ailələrinizlə bərabər xoşbəxt olmanızı diləyirəm. Dualarım siz əzizlərlədir. Dərin ehtiramla qardaşınız Elşən Mustafaoğlu..."

Məqalədə : Elşən Mustafaoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

20

İyun
09:39
İQTİSADİYYAT
556

Azərbaycan nefti ucuzlaşıb

20

İyun
09:31
İQTİSADİYYAT
921

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1780

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2084
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 09:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru