Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2017
16:57
6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili öz müvəkkilinə: `Səni müdafiə etmək fikrim yoxdur`

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs İbrahim Quliyevin hüquqi varisi Vüqar Quliyev ifadə verib. O bildirib ki, oğlunun qəzaya düşməsini sonradan eşidib: "Sonra mən xəstəxanaya getdim və oğlum dünyasını dəyişmişdi. Bu adam ailəni məhv edib. Mən kasıbçılıqla uşaq böyütmüşəm, anası bu dəqiqə də xəstə yatır". 

Daha sonra qəza baş verən zaman mikroavtobusda olan zərərçəkmiş tələbələr ifadə veriblər. 

Amani Abbas deyib ki, hadisə N. Hüseynovun sürət həddinin aşması nəticəsində baş verib. O, hadisə nəticəsində xəsarət aldığını deyib: "Namiq yandan keçən yaşıl “Ford”u ötməyə çalışırdı. Mikroavtobusu yüksək sürətlə idarə edirdi. Qəza həmin vaxt baş verib. Ona çox vaxt deyirdik ki, mikroavtobusu yavaş sürsün, ancaq o, bizi eşitmirdi. Şikayətim odur ki, bu adama qanun çərçivəsində cəza verilsin". 

Aytən Cəfərova da N. Hüseynovun avtomobili yüksək sürətlə idarə etdiyini deyib. 

Digər tələbə Emil Həmidov deyib ki, N. Hüseynov digər mikroavtobuslarla vaxt məsələsində bəhsə girdiyi üçün mikroavtobusu sürətlə idarə edib. 

Sonra vəkil Şirin Atayevlə təqsirləndirilən arasında mübahisə baş verib. N. Hüseynov vəkilindən imtina etdiyini deyib: "Bu necə vəkildir ki, məni müdafiə adı ilə gəlib, amma prosesdə yatır".

Vəkil Ş. Atayev isə iclas zamanı yatmadığını deyib: "Sənin sükan arxasında yatdığın kimi yatmışam yəqin. Məndən imtina etmək istəyirsənsə, məhkəməyə müraciət elə. Heç mənim də səni müdafiə etmək fikrim yoxdur". 

Ş. Atayev N. Hüseynovdan imtina etdiyini deyib. Hakim N. Kərimov isə ona belə bir hüququ olmadığını xatırladıb. 

Proses davam edir.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Məqalədə : Sumqayıt yolunda qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21038

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19633

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20992

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20553

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26086

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20546

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20721
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru