Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

03 İyul

2017
14:40
430
Coğrafiya İnstitutu: Qızmar hava çaylarda suyun azalmasına səbəb olacaq

“Bu il iyul ayının əvvəlindən başlayaraq Azərbaycanda havanın temperaturu digər illərin müvafiq günlərinə nisbətən 1-2 dərəcə yüksəkdir”.

FaktXəbər-in verdiyi məlumata görə, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O bildirib ki, bununla belə, iyul ayının orta aylıq temperaturunun Bakıda 26-27 dərəcə, Mərkəzi Aran rayonlarında isə 27-28 dərəcə olacağı proqnozlaşdırılır.

Direktor müavinin sözlərinə görə, havanın qızmar keçməsi Azərbaycanın hidrologiyasına xeyli dərəcədə təsir göstərəcək: “Çaylarda, xüsusilə Türyançay, Vəlvələçay, Qusarçay, Girdimançay çaylarında suyun miqdarının azalması gözlənilir. Təbii ki, bu da ümumi su ehtiyatlarına təsir edəcək”.

“Bu il Azərbaycanda quraqlıq olacaqmı” sualına cavab olaraq M. Həsənov qeyd edib ki, 5-6 gün ərzində havanın orta günlük temperaturu 35 dərəcədən yuxarı, havanın nisbi rütubəti 30 faizdən aşağı olsa, torpağın üst qatında rütubətin miqdarı azalsa, quraqlığın olması mümkündür. 

Məqalədə : çaylarda sululuq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru