Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2017
14:24
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhədə ziyarəti ilə bağlı bəzi dəyişikliklər edilib.

QMİ-dən FaktXəbər-ə verilən məlumata görə, birbaşa Məşhəd ziyarəti hələlik təxirə salınıb, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı səfəri həyata keçiriləcək.

Səfərlə bağlı sənəd qəbuluna iyulun 20-dən başlanacaq, zəvvarlardan xarici pasport, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunacaq.

Avtobusla həyata keçiriləcək səfərin qiyməti 350 ABŞ dollarıdır.

Sənədlər QMİ-nin ziyarət şöbəsində qəbul olunur.

Qeyd edək ki, QMİ bir müddət əvvəl Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edəcəyini bəyan edib, ziyarətçilərə nəqliyyat vasitəsi olaraq avtobus və ya təyyarə seçmək imkanı verildiyini açıqlamışdı.

Bildirilmişdi ki, avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq. 

Məqalədə : ziyarət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
701

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
547

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
812

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
599

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
601
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 08:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru