Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2017
12:47
Bakıda maşın qaçıran şəxs saxlanılan zaman polis əməkdaşına xəsarət yetirib

Bakıda maşın qaçıran şəxs saxlanılan zaman polis əməkdaşına xəsarət yetirib.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-dan iyulun 1-nə keçən gecə Nəsimi rayonunda yaşayan Əhməd Məmmədova məxsus “VAZ 2102” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Məlumat daxil olan kimi DİN Növbətçi Hissələrin İdaraetmə Xidməti (NHİX) Təhlükəsiz Şəhər Xidmətinin (TŞX) kameraları vasitəsilə avtomobilin paytaxt ərazisində axtarışına başlanılıb.

İyulun 1-i səhər saatlarında TŞX əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin Yasamal rayonu Nəriman Nərimanov prospekti ilə hərəkətdə olması aşkar edilib və həmin avtomobilin izlənilərək saxlanılması üçün aidiyyəti üzrə digər polis orqanlarına məlumat verilib. Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Nəsimi rayonu Rəşid Behbudov küçəsində saxlanılan zaman sürücü avtomobildən düşərək qaçıb. 

Cinayət törədən şəxsin təqibini davam etdirən Nəsimi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi təqib edən zaman, o üzərində gəzdirdiyi kəsici alətlə polislərdən birinə xəsarət yetirib. Amma polis yaralı olmasına baxmayaraq çevikliyi sayəsində həmin şəxsin təqibini davam etdirərək onu zərərsizləşdirməyə nail olub və aidiyyəti üzrə Nəsimi RPİ-nə təhvil verib.

İdarədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Qabil Nağıyev olması müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə : avtomobil oğrusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3981

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 13:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru