Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2017
21:39
Azərbaycanda İLK DƏFƏ: Gözün funksiyasına zədə verilmədən şiş çıxardılıb - VİDEO

Həkimlərimiz daha bir ilkə imza atıblar. Dünyada bənzərinə tez-tez rast gəlinsə də, ölkəmizdə ilk dəfə göz daxilində əmələ gələn xoşxassəli şiş gözə heç bir zədə vurulmadan, onun funksiyası pozulmadan əməliyyatla çıxardılıb.

Gözün heç bir funksiyası pozulmadan onda əmələ gələn şiş götürülüb. Əməliyyat paytaxt Bakıda fəaliyyət göstərən tibb mərkəzlərindən birində baş tutub.

46 yaşlı İsmayıl İsmayılov baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib və müayinə zamanı onun gözündə xərçəng xəstəliyinin əlamətləri aşkarlanıb.

Uzun axtarışlardan sonra nadir əməliyyat Azərbaycanda ilk dəfə baş tutub. Gözün funksiyasına zədə verilmədən şiş çıxardılıb.

Həkim Loğman Hacıbədəllinin sözlərinə görə, bu əməliyyatlar daha çox xarici ölkələrdə aparılır.

Qeyd edək ki, əməliyyat 4 saata həyata keçirilib. Xəstə bir gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb və normal həyatına davam edib. Əməliyyatdan qısa bir müddət sonra, yəni 1-3 həftə ərzində xəstənin görmə qabiliyyəti tam bərpa olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : göz əməliyyat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com