Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2017
13:21
1787
İranın Əfqanistanla sərhədində son 3 ay ərzində 16 min ton narkotik maddə tutulub

İranın Əfqanistanla sərhəd bölgəsində yerləşən Hörmüzgən ostandarlığında son 3 ay ərzində 16 min ton narkotik maddə müsadirə olunaraq məhv edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələri daşıyan 219 nəqliyyat vasitəsi saxlanılıb. Bir çox hallarda polislə cinayətkarlar arasında silahli toqquşma baş verib.

Bu barədə məlumat verən ostandarlığın polis rəisi general Əzizullah Məliki bildirib ki, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar İrandan tranzit yol kimi istifadə edirlər. Qaçaqmalçılar narkotik maddələri İran üzərindən Avropaya daşımağa çalışırlar. Lakin onların qarşısı polis tərəfindən alınır.

Rəisin sözlərinə görə, Əfqanistanla olan 900 kilometrlik sərhədə ciddi mühafizə etmək üçün İran hökuməti 700 milyon dollar sərf edib. Son 30 ildə narkotik qaçaqmalçıları ilə mübarizədə 4 min polis həlak olub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com