Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2017
11:39
Yeni Hacı Cavad Məscidi teziklə istifadəyə veriləcək - RƏSMİ

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi və yeni ünvanda tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

FaktXəbər-in məlumatına görə, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov APA-ya bildirib ki, ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək.

S. İslamov məscidin tikiləcəyi yeni ünvanı da açıqlayıb. O qeyd edib ki, bu, "Azərbaycan" Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsi-1 ünvanında ayrılan ərazidir: “Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək”.

Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı Cavad məscidi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 17:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com