Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2017
14:14
2148
Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edildi

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklilər müzakirəyə çıxarılıb.

Medal haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Ordusunun 100 illiyi tarixi bir hadisədir.

O qeyd edib ki, medalda Azərbaycan dövlətçiliyinin atributları, həm də milli atributlar öz əksini tapıb.

Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, gələn il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunacaq.

Məqalədə : Azərbaycan Ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 23:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com