Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 İyun

2017
22:12
3356
Xəstəxanda uğurlu əməliyyat - Dünyada bu əməliyyatın ikincisi Bakıda keçirildi - VİDEO

Dünyada cəmi bir dəfə həyata keçirilən əməliyyatın ikincisi bu gün Bakıda baş tutub.

Söhbət anadangəlmə qulağı olmayan bir qız uşağına yeni bir qulağın qoyulmasından gedir. 14 yaşlı qızın anasının qabırğasından qığırdaqlar alınıb və qızının qulağının bərpa edilməsi üçün istifadə edilib.

Əməliyyata bakıdakı özəl klinikaların birində həyata keçirilib.

Nadir əməliyyat Azərbaycanda ilk dəfə baş tutur.

Uşaqlarda bu qüsur əsasən ananın hamiləlik dövründə keçirdiyi infeksiyalardan və bir sıra başqa səbəblərdən yarana bilir.

Əməliyyat 3 mərhələdən ibarət olmaqla təxminən 6-7 saat müddətində həyata keçirilib və uğurla başa çatıb. Bu əməliyyatı keçirən pasiyentlərin qulağının tam sağalma dövrü 3 həftə ilə 6 ay arasında olur.

Məqalədə : əməliyyat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 20:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru