Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 İyun

2017
21:50
350
Bu il 41 xəstəyə böyrək köçürülüb

Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) bu ilin ötən dövründə 41 xəstəyə böyrək, 5 xəstəyə isə qaraciyər transplantasiyasi Bu barədə “Report”a MNX-nin Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi məlumat verib.

O bildirib ki, həmin xəstələrdən biri dünyasını dəyişib: “Düşünün ki, bu xəstələr əməliyyat olunmasa idi, onda hamısı, yəni 100 %-i dünyasını dəyişəcəkdi”.

M.Kazımi qeyd edib ki, bu sahədə əsas problem donorların sayının yetərsiz olmasıdır: “Xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir. Amma xoş hal ondan ibarətdir ki, xəstələrimizin donorları onların qohumlarıdır ki, bu da xalqımızın ailə daxili münasibətlərinin nə qədər sıx olduğunu göstərir”.

Əməliyyat məbləğinə gəlincə, şöbə müdiri əlavə edib ki, əməliyyat zamanı və sonra istifadə olunan preparat və materiallar baha olduğundan xəstəxanada rəsmi qiymət böyrək transplantasiyası üçun 12 000 AZN, qaraciyər transplantasiyası üçün isə 45 000 AZN-dir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru