Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2017
12:56
Keçmiş diplomat Arif Məmmədov axtarışa verilib

Onun axtarışı haqda məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, 1964-cü il təvəllüdlü Arif Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edilib.

A.Məmmədov 2000-ci ilin mayından 2006-cı ilin noyabrına kimi Brüsseldə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri işləyib.

2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrına kimi də Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

2013-cü ilin iyun ayından etibarən isə Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub.

2015-ci ilin mayında Binəqədi rayonunda hündürmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra o, hakimiyyəti sərt tənqid etməyə başlamışdı. 

Yanğına əsas səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilirdi. 

İctimaiyyət arasında bəzi tanınmış simalar belə bu hadisəni korrupsiya üzündən baş verən yanğın hadisəsi kimi dəyərləndirirdilər.

Səfir A.Məmmədov da belə tənqidlərdən sonra vəzifəsindən azad edilib geri çağırılsa da, Bakıya qayıtmayıb.

Məqalədə : Arif Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61163

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58925

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60603

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60242

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60232
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 01:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru