Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2017
09:09
Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər - VİDEO

Abşeronda iki nəfər bıçaqlanıb, polis əməkdaşları onları ölümdən xilas edib. Hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki,  1978-ci il təvəllüdlü Sadıqov Vasif Tofiq oğlu və 1996-cı il təvəllüdlü Zeynallı Əfqan Rəcəb oğlu qəsəbədə yerləşən marketlərdən birinin qarşısında tanıdıqları şəxslə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib.

Hadisə zamanı hər ikisi bir neçə bıçaq xəsarəti alaraq avtomobil yolunun kənarına yıxılıb. Onlar çoxlu qan itiriblər. Yoldan keçən Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi üzrə fəaliyyət göstərən Polis Patrul Xidmətinin əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq hər iki yaralını xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. 

Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır/Report

Məqalədə : bıçaqlanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4961

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3368

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2687

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2228
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 16:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru