Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 İyun

2017
21:48
3060
İldırımvurma hallarının sayı artıb - Təbiət hadisəsindən necə qorunmaq olar? - VİDEO

Ölkədə ildırımvurma hallarının sayı artıb.

Təkcə bu ay ərzində 2 nəfəri ildırım vuraraq öldürüb. 250 qoyun isə tələf olub. Mütəxəssislərin sözlərinə görə, ildırım hadisələrinin artmasının əsas səbəbi iqlim dəyişiklikləridir.

Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi Həsən Nəbiyev deyir ki, ildırım halları ölkənin daha çox dağlıq bölgələrində baş verir.

Onun sözlərinə görə, şimşək çaxan zaman yüksək ərazilərdə, hündür yerlərdə dayanmamaq məsləhətdir. Evdəki bütün elektrik cihazları, mobil telefonlar söndürülməli, pəncərələrin nəfəslikləri bağlanmalıdır.

Suyun elektrik keçiriciliyi yüksək olduğu üçün ildırım çaxan vaxtlarda çimmək, duş qəbul etmək, eləcə də qab-qacaq, paltar yumaq da məsləhət görülmür. Yağışlı və şimşəkli havada küçədə olarkən qorunmaq üçün bayraq, telefon ötürücüsü, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanmaq lazımdır. Çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur.

Hazırda ildırım hadisələri ilə bağlı tədqiqat işləri aparılır. Onun hansı səbəbdən çoxalmasının səbəbləri və yaranma şəraiti öyrənilir.

Məqalədə : ildırım ildırımvurma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru