Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2017
16:39
3212
`Spike` raketinin ən son versiyası ilk dəfə Qarabağda tətbiq olundu - VİDEO-FOTO

Ötən gün iyunun 22-də “Paris Airshow” sərgisində İsrailin “Rafael” şirkəti “Spike” taktiki raketlərinin yeni versiyasını ilk dəfə nümayiş etdirib. “The Jerusalem Post” yazır ki, “Spike LR II” və ya “Spike 2” adlanan yeni raket qurudan buraxılanda 5.5 kilometr, qırıcı təyyarələrdən buraxılanda isə 10 kilometr uçuş məsafəsinə malikdir. Raket İsraildə uğurla sınaqdan keçirilib. Qəzet bildirir ki, “Spike LR II” artıq Azərbaycan-Ermənistan münaqişəsində tətbiq olunur.

12.7 kq ağırlığında olan raket istənilən “Spike” buraxılış qurğusundan buraxıla bilər. Yeni raket süni intellekt imkanlarına, zirehli döyüş maşınlarının aktiv və reaktiv müdafiə sistemlərinə reaksiya vermək, binaları və möhkəmləndirilmiş atəş nöqtlərini məhv etmək qabiliyyətinə malikdir.

“Yeni raket müasir döyüş meydanından gələn çağırışlara cavabı təmin edir və bu silahın inkişafı “Rafael” şirkətinin müxtəlif tipli raketlər üzərində geniş təcrübəsinin, onun qabaqcıl mühəndis təcrübəsinin və İsrail Müdafiə Qüvvələri, habelə xarici ordularla əməkdaşlığının nəticəsidir” “Rafael” şirkətinin icraçı vitse-prezidenti və yerüstü, dəniz sistemləri bölməsinin rəhbəri Moşe Yelazar bildirib.

“The Jerusalem Post” bildirir ki, bu yeni raketin döyüş tətbiqi ilk dəfə bir neçə həftə əvvəl Azərbaycan-Ermənistan münaqişəsində istifadə olunub. Azərbaycanın quru qoşunlarının buraxdığı “Spike LR II” raketi Ermənistanın “OSA” zenit-rbaket kompleksini məhv edib. “Məlumatlara görə “Hizbullah” da bu tip zenit batareyalarına malikdir”-qəzet qeyd edir.

İsrail nəşri Azərbaycan ordusunun “Spike” raketi ilə Ermənistanın “Osa” raketini necə vurduğuna dair görüntüləri də öz saytında yerləşdirib.

Xatırladaq ki, Azərbaycan İsrail hərbi sənayesinin istehsalı olan ən yeni silah nümunələrinin alıcısıdır. Ötən ilin aprelində Azərbaycan ordusu İsraildən alınan “Harop” pilotsuz döyüş aparatının ilk döyüş tətbiqini həyata keçirmişdi./Virtualaz

Məqalədə : Spike raketləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
254

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru