Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2017
15:50
2139
Altmış bank filialı və şöbəsi gücləndirilmiş iş rejiminə keçib - FOTO

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə "2017 Formula 1 Azərbaycan Qran-prisi" ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan verilən məlumata görə, Azərbaycanda 2-ci dəfə keçiriləcək yarışları izləmək üçün Bakıya gələcək çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.

Məqalədə : Bank Maliyyə Bazarı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
643

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
131

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
95

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
86
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru