Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2017
15:13
2533
Bir neçə sahibkar və avtobus sürücüsü cəzalandırılıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) son bir həftə ərzində keçirdiyi monitorinqlərin nəticəsi olaraq müvafiq tələblərin pozulması hallarına yol verən müntəzəm sərnişin daşıyıcıları və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.

BNA-dan verilən məlumata görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib.

Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün sürücünün izahatı alınıb və ona xəbərdarlıq edilib.

Qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yol verməsi hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.

Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.

Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.

Agentlik bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
119

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
147

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
92

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
99

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
169

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
110

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
141
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru