Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 İyun

2017
11:04
1007
Rusiya qırıcıları 1 həftəyə 14 xarici təyyarə “tutub” - FOTOLAR

Rusiya HKQ-nin qırıcıları  həftə ərzində 14 dəfə xarici təyyarəni “tutub”. FaktXeber.com-un məlumatına görə, bu barədə  Rusiya Müdafiə Nazirliyinin «Qırmızı ulduz» qəzetində bildirilir. Nəşrdə deyilir ki, əməliyyatı növbətçi MiQ-31 və Su-27  havadan müdafiə qüvvələləri həyata keçirib.

Ümumilikdə  Rusiya sərhəddində  23 kəşfiyyat uçuşları qeydiyyata alınıb. Onlardan 10 uçuşu ABŞ, 4-nü Norveç, 3-nü İsveç, 2-ni Böyük Britaniya, 2-ni Fransa, 1-ni Portuqaliya və 1-ni Yaponiya təyyarəsi edib.

Bundan əlavə Rusiyanın strateji Tu-160 raket daşıyıcısı ötən həftə 2 dəfə Baltik dənizinin akvatoriyasında patrul həyata keçirib.

Bundan əvvəl isə ABŞ Müdafiə Nazirliyi özünün Tvitter səhifəsində Rusiyanın Su-27 qırıcıları tərəfindən  Amerikanın strateji bombardmançılarının tutulmasını əks etdirən fotoları paylaşmışdı. 

Xatırladaq ki, iyunun 21-də Amerikanın F-16 qırıcısı Rusiya Müdafiə Nazirliyinin rəhbəri Serqey Şoyqunun  təyyarəsinə yolverilməz dərəcədə yaxınlaşmışdı.  Amma RF dəniz qüvvələrinə məxsus Su-27 qırıcısı iki təyyarənin arasına girib. Daha sonra Rusiya qırıcısı qanadlarını qaldıraraq F-16 pilotlarına silahlarını göstərib. Bundan sonra alyansa məxsus qırıcı ərazidən uzaqlaşıb.

Məqalədə : Rusiya qırıcıları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru