Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2017
22:51
Neftin qiyməti yenidən qorxutmağa başlayıb

Birləşmiş Ştatların Energetika Nazirliyinin çərşənbə günü hasilat artımı ilə bağlı yaydığı məlumatdan sonra neftin dünya qiymətləri aşağı düşməkdə davam edir.

"Report" hərracların nəticələrinə istinadən xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığı ötən ilin 15 noyabr tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə psixoloji 45 dollar həddindən aşağı düşüb.

Bakı vaxtı ilə 20.46-ya olan məlumata görə, "Brent"in avqust fyuçerslərinin qiyməti bir barel üçün 2,33 faiz aşağı düşərək 44,87 dollara bərabər olub.

WTI markalı yüngül neftin avqust fyuçerslərinin dəyəri də 2,07 faiz aşağı düşərək bir barelə görə 42,61 dollar təşkil edib.

Məqalədə : neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com