Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2017
15:23
Bu gündən Xaqani və Sabir bağlarında internet pulsuzdur - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Bu günlərdə keçiriləcək “Formula” 1 Avropa Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı, da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.

Məqalədə : internet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61979

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59731

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61393

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61060

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66533

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60797

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61033
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2021 07:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru