Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 İyun

2017
13:25
759
Yeni açılan tibb mərkəzində ilk böyrək transplantasiyası uğurla həyata keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində ilk böyrək transplantasiyası uğurla həyata keçirilib.

RMDM-dən FaktXəbər-ə verilən məlumata görə, xroniki böyrək xəstəliyindən əziyyət çəkən 52 yaşlı Eldəniz Bayramova qardaşının böyrəyi köçürülüb. Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə məlumat verib: "Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür."

Qeyd edək ki, aprel ayında yaradılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində urologiyanın və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.

Məqalədə : Rəşad Şolan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru