Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2018
12:59
Orucluqda məqsəd və Ramazan ayının nailiyyəti

Ramazan ayının ən böyük məqsədlərindən biri – yaxud bir mənada demək olar ki, tam hədəfi – təqvadır. “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("Bəqərə", 183) Bu, bizim iradəmizdən asılıdır. Camaat hər biri özü, əgər mümkünsə, digərlərini də islah etsinlər. Bu, əmmaməlilərə (ruhanilərə) məxsus deyil. Lakin alimlər, ruhanilər, xətiblər, moizə oxuyanlar buna hazırdırlar. Allah-Taala onlara bu imkanı, bu istedadı, bu ictimai mövqeyi, bu geyimi vermişdir. Biz gərək bundan istifadə edək.

Orucda məqsəd ilahi təqvadır. Bu (təqva), ramazan ayının ən böyük nailiyyətidir.

Allah-Taala insanı elə yaratmışdır ki, onun tərbiyə olunmağa ehtiyacı var. Onu həm xaricdən, həm də daxildən tərbiyə etmək lazımdır. O özü özünü tərbiyə etməlidir. Mənəvi məsələlərdə bu tərbiyənin biri fikrin, zəka qüvvəsinin tərbiyəsidir. Bu tərbiyənin yeri təlimdir. Dinləri nəfsin, ruhun tərbiyəsi, qəzəb və şəhvət qüvvələrinin tərbiyəsidir. Bu tərbiyə "təzkiyə" adlanır.

Əgər insana düzgün təlim verilsə, düzgün "təzkiyə" olunsa, uyğun zavodda lazımi şəkil alan, kamilliyə çatan xammal olacaq. Bu mərhələdə onun vücudu bərəkət və xeyir qaynağı, dünyanın abadlığına, könüllərin abadlığına səbəb olacaqdır. Bu, bütün insanların əvvəldən bugünədək müştaqı olduğu tale olmuşdur. Bu, nicatdır, xoşbəxtlik dolu əbədi həyatdır, behiştdir. Buna görə də peyğəmbərlər (s) əvvəldən sonuncu Peyğəmbərədək (s) hamısı öz məqsədinin təlim və tərbiyə olduğunu müəyyən etmişdir. “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” ("Ali-İmran", 164). Onlar insanları həm fikri baxımdan, həm də ruhi baxımdan tərbiyə etmişlər.  

TƏQVA ÜÇÜN ZƏMİN YARATMAQ

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” "(Bəqərə", 183) Yəni, oruc bizə təqvalı olmaqda kömək edir. Təqva, özünü qorumaq deməkdir. Əlbəttə, rəvayətlərdə təqvanın nümunələrini müəyyənləşdirmişlər – vacibləri həyata keçirmək, haramları tərk etmək. Təqvanın mənası budur ki, insan özündən muğayat olsun. Yəni öz davranışına, meyllərinə, düşüncəsinə və imanına göz qoysun. İnsan özünə göz qoymalı, nəzarət etməlidir ki, nə olsun, nə olmasın. Çünki nəzarət adətən nəyin baş verməsi, nəyin baş verməməsi üçündür. Baş verməsinə göz qoyduğumuz şey doğru yolla getməkdir. Özümüzə göz qoymalıyıq ki, doğru, ilahi yolda addımlayaq, yaradılışımızdan məqsəd nədirsə, onun ardınca gedək. İslamın bizə göstərdiyi yol ilə hərəkət edək. Ehtiyatlı olaq ki, azğınlığa, sürüşkənliyə yoluxmayaq. Yoldan yayınmanın, azmanın amilləri bizim öz içimizdədir. Əgər bizim instinktlərimiz düzgün yönləndirilməsə, nəzarətdən çıxsa, hər biri çöküş üçün, bizim doğru yoldan çıxmağımız üçün vasitə olacaq. Bu instinktiv meyllərdən biri, ən mühümü özünə vurğunluq, özünəpərəstişdir. Əlbəttə, bu insan vücudu üçün lazımlı hissdir. İnsanı yüksəliş qüllələrinə doğru hərəkətə vadar edir. Amma əgər bu özünə sevgi hidayət olunmasa, düzgün istiqamətləndirilməsə, böyük yanlışlıqlara aparıb çıxaracaqdır. Var-dövlət toplamaq, güc toplamaq, inhisarlaşdırma, bəşər tarixində baş verən böyük azğınlıqlar, baş vermiş və hazırda da baş verən böyük zülmlər hamısı özünə sevgi instinktindən törəyir. Bəziləri ona meydan vermişlər və ona görə də bu səhvlərə, xəyanətlərə, böyük faciələrə aludə olmuşlar. Özünə vurğunluq o instinktiv hisslərdəndir ki, əgər ona nəzarət olunmasa, bu yolla meydana gələn üsyankarlıqlar bütün uca, ülvi, insani, səmavi məqsədləri aradan qaldıracaq, ayaq altına alacaq, bütün hüquqları hidayət olunmamış, nəzarətsiz insanın zülmü, üsyankarlığı, inadı, təcavüzü altında məhv edəcək. Bu hidayətə insan vücudunda müxtəlif amillər zəmanət verə bilər. Amma hamısından mühümü bizim öz təqvamızdır. Biz, özümüzdən muğayat olmalıyıq, özümüzə göz qoymalıyıq, öz eyiblərimizə göz yummalıyıq. Özünə sevgi insanın başqalarında gördüyü və qaş-qabaq salladığı bir çox eyibləri özündə görərkən göz yummasına səbəb olur. Bir çox səhvlər var ki, biz onları başqalarında olduqca pis hesab edirik, bəzən aşkar şəkildə onların haqqında pis sözlər deyirik. Lakin həmin səhvlər bizim özümüzdə olduqda onlara göz yumuruq. Bu, diqqətsizliyin, nəzarətsizliyin nəticəsidir. Yəni vücudumuzdakı günahın, eybin, iradın üstündən asanlıqla keçirik. İnsanın öz üzərində həmişə olması lazım olan dəqiq nəzarəti olmasa, bu problemlər meydana gələcək. Demək, təqva bu qədər mühümdür.

Siz görürsünüz ki, bu ayın şəhidi Əmir əl-Möminin (ə) öz çıxışlarını həsr etdiyi mövzulardan biri təqvadır. "Nəhcül-bəlağə" başdan-başa təqvadan danışır. Məktublarda təqvaya dəvət olunur. Xütbələrdə təqvaya dəvət olunur. Təqva insanın və cəmiyyətin xilas olmaq qarantıdır. Biz təqvanı önəmsiz hesab edə bilmərik. Kiməsə zorla təqva sırımaq da olmaz. Biz özümüz özümüzə xəbərdarlıq etməliyik. Allahı xatırlamağı, Allaha diqqəti, vəzifəyə diqqəti, səmimi olmağa diqqəti aşılamalıyıq. Özümüzü doğru yoldan yayınmağa vadar edək. Oruc bu yolda bizə kömək edəcək.

Ramazan ayı təqvaya daha çox riayət etmək üçün bir fürsətdir. Nə üçün? Çünki ramazan ayı nəfsi saxlamaq, özünü çəkindirmək ayıdır. Onun ən aşağı mərhələsi yemək, içmək və nəfsani ləzzətlərdən çəkinməkdir. Ən yuxarı mərhələsi isə günahlardan, əxlaqi səhvlərdən, yanlış davranışlardan çəkinməkdir. O da oruc və orucluq ayının vəzifələri sırasındadır. Bizi ona rəğbətləndirmiş, vadar etmişlər. Bu ayda məşq etdiyimiz özünüçəkindirmə bizi həmin təqvaya, özünənəzarətə yaxınlaşdırır. Çünki doğru yoldan azmamaq üçün özümüzə nəzarət edirik. Bu özünüçəkindirmə də həmin nəzarəti məşq etməkdir. Yəni səhvə yol verməmək, yoldan çıxmamaqdır. Ramazan ayı mühitində bizim vəzifəmiz budur.

Allah-Taala ramazan ayında bəndələrinə öz rəhmət və bərəkətini nazil etmişdir. Rəvayətlərdə deyilir ki, ramazan ayında səmanın qapıları açıqdır. Yəni insanın Allahla könül ünsiyyəti bu ayda həmişəkindən daha asan olur. Rəvayətdə deyilir ki, ramazan ayında behiştin qapıları açıq olur. Yəni orucun bərəkətindən, orucun zəruri şərti olan diqqət səbəbi ilə insan üçün yaxşı iş görmək fürsəti yaranmışdır. Əlbəttə, fürsətdə məqsəd bu deyil ki, insanın bütün axtardıqları həyata keçəcək. Bizim iradəmizə, ardıcıllığımıza, istək və hərəkətlərimizə ehtiyac var. Hər halda bu fürsət mövcuddur və biz ondan faydalana,  istifadə edə bilərik.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 03:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com