Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2017
20:34
Yol polisi hüquqi və fiziki şəxslərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

 

İdarədən verilən məlumatda qeyd olunur ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil  və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil edilir: “Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüflər olsun ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə ciddi nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də yol çiyinlərində dərin yarğanları olan dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

 

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, turistləri daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə ödənişsiz müşayiət olunmaları üçün səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri səfərdən 3 gün əvvəl ərazi üzrə DYP bölümlərinə, Baş Dövlət Yol Polisi İdarəsinin (+99412) 590-81-25 nömrəli telefonuna, yaxud 902 qaynar xəttinə müraciət etsinlər”.

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3652

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2708

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2107

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1826
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 09:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru