Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2017
17:16
Şeyx Sərdarın məhkəməsi iyul ayının 3-nə qaldı

Bu gün Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. 

Saat 10-da başlamalı olan proses 1 saatdan çox yubanıb. Səbəb isə hakimin gecikməsi olub. 

Prosesdə sonuncu şahid dindirilib. Daha sonra dövlət ittihamçısı məhkəmədə çıxış etmək üçün iyul ayının 3-nə qədər hazırlıq vaxtı istəyib. Məhkəmə növbəti prosesin vaxtını iyulun 3-ü saat 10:00-a təyin edib. 

Xatırladaq ki, Şeyx Sərdar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham edilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şeyx Sərdar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 15:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com